""Atletik"ə  məğlub olmaq istəmirdik" - Qurban Qurbanov 

08:45 / 23.10.2025 Oxunub: 274

"Qarabağ" "Atletik"lə (Bilbao, İspaniya) matçda məğlub olmaq istəməyib.

Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda "Atletik"ə qarşı keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis səfərdə məğlub olduqları qarşılaşmanı şərh edib:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Cari mövsüm əsas mərhələdə ilk qələbələrini qazandılar. Oyun yaxşı alındı. Ən azı məğlub olmaq istəmirdik. Qarşılaşma boyunca şanslarımız var idi. Futbolçularım sona kimi mübarizə apardılar. Dünən oyundan əvvəl mətbuat konfransında dediyimiz sözlərin canlı şahidi olduq. Dinamik və sürətli komandaya qarşı çıxış etdik. Onlar sürətli tempi sona qədər qoruyub, saxladılar. Futbolçularımız üçün bu asan deyildi. "Atletik" hesabda 2:1 öndə olarkən daha çox riskə getdik və müdafiədə boşluqlar verməyə başladıq. Nəticədə üçüncü qolu qapımızda gördük. Əsas mərhələdə get-gedə rəqiblər daha da çətinləşir. və məsuliyyət böyüyür".

Qeyd edək ki, "Atletik" - "Qarabağ" matçı ev sahiblərinin 3:1 hesbalı qələbəsi ilə bitib.



Digər xəbərlər

Xəbər lenti

30 Oktyabr 2025
29 Oktyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ