Avstraliyada Azərbaycanla Parlamentlərarası Dostluq Qrupu təsis edilib

16:00 / 11.11.2025 Oxunub: 393

Azərbaycanın Zəfər Günü münasibətilə Avstraliya Federal Parlamentində Avstraliya–Azərbaycan Parlamentlərarası Dostluq Qrupu rəsmi olaraq təsis edilib.

Bu barədə Azərbaycanın Avstraliyadakı Səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, qrupun həmsədrləri aşağıdakılardır:

Mayk Frilander – Sağlamlıq, Yaşlılar və Əlillik üzrə Daimi Komitənin sədri (Əmək Partiyası)

Rik Uilson – Ticarət və İnvestisiya üzrə Birgə Daimi Komitənin sədr müavini (Liberal Partiya)

Qrupa həmçinin Senat Prezidenti Sue Lines, Aşağı Palata Spikeri Milton Dik və digər yüksək səviyyəli parlament üzvləri daxildir.

Qrupun yaradılması iki ölkə arasında parlamentar və diplomatik əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək və qarşılıqlı əlaqələrin inkişafına töhfə verəcək.



Digər xəbərlər

Xəbər lenti

05 Dekabr 2025
04 Dekabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ