İspaniyada “Qarabağ”la bağlı TƏXRİBAT: Klubdan AÇIQLAMA
“Qarabağ” – “Atletik” matçı öncəsi Bilbao şəhərində Azərbaycan çempionuna aid təxribat xarakterli müxtəlif yazılar və simvollarla bağlı xəbər vermişdik.
“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məsələ ilə bağlı İdman.Biz-ə açıqlama verib.
Onun sözlərinə görə, bununla bağlı dərhal “Atletik Bilbao” klubunun rəhbərliyinə məlumat verilib, onlar isə məsələnin araşdırılması üçün yerli polis orqanlarını məlumatlandırıblar: “Qarabağ” Futbol Klubu idman yarışlarının sülh, dostluq və hörmət prinsipləri üzərində qurulduğuna inanır və bu prinsipləri pozan hər hansı təxribatın yolverilməz olduğunu bildirir. Komandamız diqqətini yalnız qarşıdakı oyuna yönəldib və idman meydanında ölkəmizi layiqincə təmsil etməyə davam edəcək”.


Digər xəbərlər
UEFA Avropa Liqası: III turun 18 oyunu keçirilib - NƏTİCƏLƏR
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatında üçüncü olublar
UEFA Çempionlar Liqası: "Bavariya" dörd, "Çelsi" beş qolla qələbə qazandı
""Atletik"ə məğlub olmaq istəmirdik" - Qurban Qurbanov
“Qarabağ” azərkeşlərə müracət etdi