Kino və televiziya sektorunda yeni LAYİHƏ
Kanal 20 TV xəbər vebrir ki, Azərbaycan kino və televiziya sektorunda yeni layihələri ilə diqqət çəkən gənc layihə rəhbəri Aytac Hüseyinova media nümayəndələrinə açıqlama verib.
O bildirib ki, hazırda rəhbərlik etdiyi “Bir Ümid” adlı kriminal-dram janrında teleserial böyük büdcə ilə ərsəyə gətirilir. Layihənin həm mövzusu, həm də çəkiliş keyfiyyəti ilə yeni mövsümün ən iddialı işlərindən biri olacağı qeyd olunub.
Açıqlama zamanı gənc yapımçı serialdan sonra yeni ekran layihəsi üzərində çalışdığını da deyib. Onun sözlərinə görə, “Ev 47” adlı 90 dəqiqəlik tammetrajlı qorxu filmi hazırlanır. Layihənin yalnız Azərbaycan üçün deyil, xarici bazar üçün də nəzərdə tutulduğu bildirilib.
Aytac Hüseyinova həmçinin qeyd edib ki, “Beynəlxalq Media” ilə keçirilən konfransdan sonra rəsmi müqavilə imzalanıb və tərəflər arasında uzunmüddətli əməkdaşlıq qərarı verilib.
Məlumata görə, həm “Bir Ümid” teleserialının, həm də “Ev 47” qorxu filminin quruluşçu rejissoru “Osman Vinçi” adı ilə tanınan Tehran Osmanov olacaq.
Layihə rəhbəri yeni mövsümdə daha güclü və fərqli layihələrlə tamaşaçı qarşısına çıxacaqlarını da vurğulayıb.
Qeyd edək ki, Aytac Hüseyinova 2005-ci ilin 9 may tarixində qeyd olunacaq doğum gününü tanınmış aktyorlar və media nümayəndələrinin iştirakı ilə keçirməyi planlaşdırır.


Digər xəbərlər
Naxçıvan Dövlət Kukla Teatrı Türkiyədə tamaşa təqdim edəcək
Avroviziya yarışması: etirazlar artıb
Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə evlənib? Gizlin nikahdan FOTOLAR və VİDEO
EMIN beynəlxalq səhnəyə “Now or Never” albomu ilə qayıdır
Adil Kərimli: "Ortaq türk mədəniyyətinin təbliği istiqamətində Türkiyə ilə birgə fəaliyyətimiz daha da genişlənəcək"