Media: İran “Cənubi Pars” yatağında qaz hasilatını bərpa edib
İranın məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyinin verdiyi məlumata görə, “Pars” neft-qaz şirkətinin baş direktoru Turac Dehqani ölkədə qaz hasilatı ilə bağlı açıqlamalar verib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ABŞ və İsrailin Cənubi Parsdakı bəzi neft emalı zavodlarına hücumlarına toxunan Dehqani xatırladıb ki, Buşehr əyalətinin sahil ərazilərində yerləşən qaz emalı zavodları da raket və dron zərbələri zamanı zərər görüb və nəticədə dənizdəki qaz hasilatı müəssisələrinin fəaliyyəti dayanıb.
Dehqani bildirib ki, “Cənubi Pars” təbii qaz yatağında hücumlardan zərər görməyən, lakin istehsalı dayandırılan üç dəniz platformasında hasilat bərpa olunub.
İran və Qətərin birgə idarə etdiyi “Cənubi Pars” yatağı 2025-ci ildə gündəlik 730 milyon kubmetr qaz hasilatı ilə rekord qırıb.


Digər xəbərlər
“Politico”: ABŞ Almaniyaya “Tomahawk” raketlərinin tədarükünü ləğv edə bilər
Almaniya və Fransa Balkan ölkələri və Moldovanın Aİ-yə inteqrasiyası üçün plan hazırlayıb
Bu gün Ümumdünya Ətraf Mühit Günüdür
BMT süni intellektin planetin təbii ehtiyatlarına mənfi təsirini araşdırıb
Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək
Çexiyada xarici təsirin təhlükə kimi qavranılması araşdırılıb
Xəbər lenti
Ən çox oxunan
Binəqədidə “Milli qurtuluşdan başlanan tərəqqi və zəfər yolu” adlı tədbir keçirilib