Özbəkistana gələn turistlərin sayı kəskin artıb
 

11:39 / 29.09.2025 Oxunub: 1325

 

2025-ci ilin yanvar-iyul aylarında 6,3 milyon nəfərdən çox əcnəbi Özbəkistana turizm məqsədi ilə gəlib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 49 faiz çoxdur.

AZƏRTAC xəbər verir ki, bu barədə Özbəkistan Statistika Agentliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə turist axını əsasən Qırğızıstan, Qazaxıstan, Tacikistan və Rusiyadan olub. Avropa ölkələrindən gələnlərin sayı azdır.

Hesabat dövründə 1 turist orta hesabla 403 dollar xərcləyib. Yanvar-iyul aylarında turizm xidmətlərinin ümumi həcmi 2,5 milyard dolları ötüb.



Digər xəbərlər

Xəbər lenti

12 Noyabr 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ