Xərçəngin profilaktikası üçün əlçatan məhsul: Həkim məsləhəti

13:30 / 02.10.2025 Oxunub: 954

Noxud xərçəngin profilaktikası üçün ən təsirli məhsullardan biridir.

Oxu.Az xəbər verir ki, bu barədə terapevt Amir Xan "Daily Mirror" nəşrinə müsahibəsində danışıb.

Xan qeyd edib ki, noxud digər karbohidratlarla zəngin məhsullardan fərqli olaraq, qan şəkərinin kəskin artımına səbəb olmur. Həmçinin onun sözlərinə görə, bu paxlalılarda ürəyin sağlamlığı və arterial təzyiqin normallaşmasına kömək edən çoxlu maqnezium və kalium var.

Terapevt əlavə edib ki, noxudun tərkibində həll olan liflərin mövcudluğu qıcıqlanmış bağırsaq sindromu ilə bağlı simptomların şiddətini azaldır. Bundan əlavə, bu məhsul bağırsaq xərçənginin profilaktikası üçün əlçatan vasitədir. O izah edib ki, noxud yeyilərkən orqanizmdə butirat adlanan maddə ifraz olunur.

"Bu, yoğun bağırsaqda iltihabı və bədxassəli törəmələrin yaranma riskini azalda bilən yağ turşusudur", - deyə Xan vurğulayıb.



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə