Göygöl və Gəncədəki kütləvi zəhərlənmə ilə bağlı RƏSMİ AÇIQLAMA

09:30 / 12.08.2024 Oxunub: 425

Gəncə və Göygöldə kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə "Ağ ayı", "Xan yurdu" və "Araz" iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb.

Fərqli hadisələr zamanı hələ ki, dəqiq bilinməyən səbəbdən 130 nəfərdən çox zəhərlənən var. Hər üç hadisə ilə bağlı Göygöl Rayon prokurorluğunda araşdırma aparılır.

Prokurorluğun müstəntiqləri hadisə yerlərinə cəlb ediliblər. İlkin dəlil və sübutlar toplanıb, o cümlədən, zəhərlənməyə səbəb olacaq qidalardan nümunələr götürülüb.

Hazırda zəruri istintaq hərəkətləri davam edir.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ