“Qadın Həmrəyliyi Forumu Bakı Zirvəsi” keçirilib

14:31 / 16.10.2024 Oxunub: 235

 

Kanal 20 TV xəbər verir ki, Ahəng Psixologiya və Reablitasiya İnkişaf Mərkəzi və Ahəng Psixoloji Dəstək və İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə “Qadın Həmrəyliyi forumu Bakı zirvəsi ” keçirilib. İlk olaraq Gəncədə, sonra Goranboyda ən sonuncu Lənkəranda keçirilən forum Bakıda davam etdirilib. Açılış nitqi ilə mərkəzin rəhbəri psixoloq Vüsalə Əmiraslanova çıxış edərək, tədbir iştirkaçılarını salamlayıb.

Ahəng psixologiya mərkəzi

Vüsalə Əmiraslanova, Ahəng Psixologiya və Reablitasiya İnkişaf Mərkəzinin sədri 

Forumun məqsəd və məramını açıqlayıb. Daha sonra dövlət himni səsləndirilib. Vətən uğrunda şəhid olan igidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbir

Tədbir iştirakçıları

İctimai-siyasi xadimlər, həkimlər, astroloq və psixoloqlar, media nümayəndələri və digər dəyərli spikerlərin iştirak etdikləri forumda millət vəkili Pərvin Kərimzadə danışıb. O, xanımların cəmiyyətdəki rolundan bəhs edib. Uğurlu iş qadınının, həm də gözəl ailə başçısı olduğunu diqqətə çatdırıb. Öz ayağı üstündə qalmağı bacaran iş xanımlarına fəaliyyətlərində uğurlar diləyib.

form keçirilib

Pərvin Kərimzadə, millət vəkili

Forumun panelləri psixologiya və təhsildə, sahibkarlıqda, tibbdə və mediada qadınların rolu mövzularını əhatə edib. Məqsəd xanımlara uğura doğru irəlilədikləri yolda mənəvi dəstək göstərmək, onlara yön və özgüvən vermək, aralarındakı ünsiyyəti daha da artırmaq və sahibkarlıq fəaliyyətlərində inkişaflarına yardım etmək olub.

form

Elnarə Dərziyeva, Əməkdar jurnalist

Qadın həmrəyliyi forumunda “Mediada qadınların rolu” mövzusunda spiker olaraq çıxış edən Media Tədris Mərkəzinin və “Bugün.tv Media Qurumu”nun rəhbəri, Elnarə Dərziyeva çıxış edib. O, qadın jurnalistlərin hələ 100-150 il əvvəl də öz dəsti-xətləri, imzaları ilə müxtəlif mətbu orqanlarında çalışdıqlarından, tarix yazdıqlarından söz açıb. Düzü düz, əyrini əyri göstərmək üçün daim mübarizə apardıqlarını deyib. Əməkdar jurnalist bildirib ki, çox təəssüf ki, son dövürdə mətbuata verilən azadlıq, texnoloji tərəqqi, son illərdə sosial medianın inkişafı jurnalistika sahəsində bir xaos yaradıb. Bu sahəyə qeyri-peşəkarlar ayaq açıb. Əlaqədar qurumlar bununla bağlı tədbirlər görməyə çalışsa da, yetərli deyil. Bununla bütün cəmiyyət mübarizə aparmalıdır.

qadın forumu

Mükafatlandırma

Daha sonra forumun fəxri qonaqları da qadınlarla öz təcrübələrini bölüşüblər. Tədbir musiqi və çay fasiləsindən sonra da davam etdirilib.

form

Tədbirin bədii hissəsi

Sonda forma qatılanlar  və sertifikatla mükafatlandırılanlar xatirə fotoları çəkdiriblər.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ