Tisa çayında Buz dövrünə aid heyvanın qalıqları aşkarlanıb
Macarıstanın Tisa çayında Buz dövrünə aid mağara ayısının qalıqları aşkarlanıb.
AZƏRTAC xəbər verir ki, tapıntı çayda suyun səviyyəsinin aşağı düşməsi nəticəsində üzə çıxıb. Szolnok və Kişkörö arasında kayakla hərəkət edən Orta Tisa Rayon Su İdarəsinin əməkdaşları çayın dibindən çıxan böyük əşyanı əvvəlcə köhnə lövbər hesab ediblər. Lakin əraziyə daha yaxından baxış zamanı bunun iri heyvana məxsus sümük qalıqları olduğu müəyyənləşib. Tapıntının təxminən dörddə üç hissəsi çınqıllı çay yatağında basdırılmış vəziyyətdə olub və aşağı su səviyyəsi onun çıxarılmasına imkan verib.
Qalıqlar Szolnokdakı Damjaniç Yanoş Muzeyinə aparılıb.
Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, tapıntı Pleistosen dövründə Avropanın geniş ərazilərində yaşamış mağara ayısının kəlləsidir. Min illər əvvəl nəsli kəsilən bu heyvanlar, adətən, sığınmaq, həmçinin qışlamaq üçün mağaralardan istifadə ediblər.
Kəllənin dəqiq yaşı hələ müəyyən edilməyib. Muzeyin mütəxəssisləri əlavə araşdırmalar apararaq, heyvanın nə vaxt yaşadığını müəyyənləşdirəcəklər.


Digər xəbərlər
Süd istehsalçılarına yeni dəstək mexanizmi: Hər tona 70 manat subsidiya
“Uşaqlar üçün İnkişaf proqramı” layihəsinin icrası uğurla başa çatıb
Paytaxtın hansı yollarında nəqliyyatın sıxlığı müşahidə olunur? - siyahı
Üçüncü ixtisas qrupu üzrə qəbul statistikası və plan yerləri açıqlanıb
Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
Xəbər lenti
Ən çox oxunan
Prezident: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur