Bu gün Misli Premyer Liqasında bir oyun keçiriləcək
 

10:20 / 21.09.2024 Oxunub: 290

 

Bu gün futbol üzrə Misli Premyer Liqasında VII turun daha bir oyunu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, günün yeganə matçında "Turan Tovuz" öz meydanında "Araz-Naxçıvan"ı qəbul edəcək. Görüş saat 18:00-da start götürəcək.

Hazırda Tovuz təmsilçisi 14 xalla 2-ci, Naxçıvan klubu isə 10 xalla 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun ilk iki oyununda "Şamaxı" "Kəpəz"ə 2:0, "Qarabağ" isə "Neftçi"yə 4:0 hesabı ilə qalib gəlir. Tura sentyabrın 22-də keçiriləcək "Səbail" - "Sabah" və "Sumqayıt" - "Zirə" matçları ilə yekun vurulacaq.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ