“Real Madrid”in qapıçısı derbi oyununda zədələnib
 

10:53 / 30.09.2024 Oxunub: 177

 

İspaniyanın “Real Madrid” komandasının qapıçısı Tibo Kurtua ötən gün La Liqanın VIII turunun “Atletiko” ilə keçirilmiş derbi oyununda zədələnib.

AZƏRTAC xəbər verir ki, bu barədə Madrid təmsilçisinin baş məşqçisi Karlo Ançelotti matçdan sonra təşkil olunmuş mətbuat konfransında məlumat verib. O, belçikalı qolkiperdə əzələ probleminin olduğunu açıqlayıb.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Real Madrid” oktyabrın 2-də Çempionlar Liqasının əsas mərhələsində "Lill"lə (Fransa) qarşılaşacaq. Həmin görüşdə qapını Andrey Luninin qoruyacağı gözlənilir.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ