Peşəkar mühasib sertifikatı imtahanının II mərhələsi keçiriləcək
 

10:46 / 17.10.2024 Oxunub: 34

 

Dövlət İmtahan Mərkəzi (DİM) oktyabrın 20-də peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrə) keçirəcək.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahan vermək üçün 1462 nəfər müraciət edib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar.

Namizəd imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və saatı haqqında məlumat buraxılış vərəqəsində göstərilib) və özü ilə aşağıda qeyd olunan sənədləri gətirməlidir:

- Şəxsiyyəti təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu) əsli;

- İmtahana buraxılış vərəqəsi.

Üç saat davam edən imtahanda mühasib sertifikat növünə aid qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunur.

Namizədlər imtahana buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının “Yaddaş kitabçası”da yerləşdirilib. DİM imtahan iştirakçılarından yaddaş kitabçası ilə mütləq tanış olmağı xahiş edir.

İmtahan kağız daşıyıcılar vasitəsilə Bakıda 7 binada təşkil olunacaq. İmtahanın keçirilməsi üçün 7 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 131 nəzarətçi,17 buraxılış rejimi (mühafizə) əməkdaşı cəlb olunub.

 



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024
16 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ