Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
 

12:39 / 04.10.2024 Oxunub: 152

 

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun başçılıq etdiyi nümayəndə heyətinin oktyabrın 3-də Belarus Respublikasına səfəri çərçivəsində iki ölkə arasında bir sıra istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.

İmzalanan sənədlər arasında “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Belarus Respublikasının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi arasında kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” də var.

Sənədi Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Belarusun kənd təsərrüfatı və ərzaq naziri Anatoliy Lineviç imzalayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, sənəddə qarşı tərəfin iştirakı ilə Ağdam rayonunda kənd təsərrüfatı istehsalının inkişafı, rayonun Qızıl Kəngərli kəndində aqroşəhərciyin layihələndirilməsi nəzərdə tutulur.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ