Azərbaycanda bu il mədənçıxarma sənayesi istehsalı 30 mlrd. manatı ötüb
 

12:57 / 15.10.2024 Oxunub: 33


Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 30 594,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq ayına nisbətən 0,6% çoxdur.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verib.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 28 254,2 mln. manat xam neft və təbii qazın hasilatının payına düşüb, bu da illik müqayisədə 0,5% çoxdur.

Məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 21 623,2 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 28 255,1 mlrd. kub metr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq ayları ilə müqayisədə 4% azalıb, əmtəəlik qaz hasilatı isə 5,2% artıb”, - məlumatda qeyd olunur.

Məlumatda o da qeyd olunur ki, hesabat dövründə Azərbaycanda cəmi 21 668,8 min ton neft (4,1% azalma) və 37 117,9 mln. kubmetr qaz (3,4% artım) hasil edilib.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ