Kazanda BRICS tərəfdaşının yeni statusu müzakirə olunacaq
 

10:12 / 04.10.2024 Oxunub: 203

 

Kazanda keçiriləcək BRICS sammitində “BRICS tərəfdaşının yeni statusu” adlı hesabat təqdim olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini, Rusiyanın BRICS-də nümayəndəsi Sergey Ryabkov deyib. Onun sözlərinə görə, indi qarşıda duran vəzifə artıq qəbul edilmiş üzvləri alyansa inteqrasiya etməkdir. “Ancaq BRICS-in qapıları açıqdır”, -deyə o əlavə edib.

Ryabkov onu da qeyd edib ki, BRICS-in sıralarının genişlənməsi əsas məqsəd deyil. Müraciət edən ölkələr üçün heç bir xüsusi tələb olmayacaq, lakin müəyyən meyarlar olacaq. BRICS-ə qoşulmaq üçün ölkələr “suveren kurs tutmalı”, “beynəlxalq və regional məsələlərdə mühüm rol oynamalı” və assosiasiya üzvlərinə qarşı sanksiyalara qoşulmamalıdır.

S.Ryabkovun qeyd etdiyi kimi, 30-dan çox lider Kazanda oktyabr sammitində iştirakını təsdiqləyib.



Digər xəbərlər

Xəbər lenti

17 Oktyabr 2024

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ