Azərbaycanla Albaniya arasında MEMORANDUM İMZALANIB
jpeg-1747740569.jpeg)
Azərbaycan Hesablama Palatası ilə Albaniyanın Ali Audit Orqanı arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə KANAL 20 TV Hesablama Palatasına istinadən xəbər verir.
Bildirilib ki, sənəd palatanın sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Albaniyanın paytaxtı Tiranaya səfəri çərçivəsində imzalanıb. Səfər Albaniya Ali Audit Orqanının (AAO) yaradılmasının 100 illiyinə həsr olunmuş yubiley tədbirində iştirak məqsədi daşıyır.
Tədbir çərçivəsində Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Albaniya AAO-nun rəhbəri Arben Şehu arasında ikitərəfli görüş keçirilib. Görüş zamanı Arben Şehu hər iki qurum arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
İmzalanan Anlaşma Memorandumu data analitikası, institusional potensialın gücləndirilməsi və əməkdaşların peşəkar inkişafı üzrə birgə fəaliyyətləri nəzərdə tutur.
Hər iki qurumun rəhbərləri bu sənədin davamlı və məhsuldar tərəfdaşlığın qurulmasına mühüm töhfə verəcəyinə, eyni zamanda auditin keyfiyyətinin artırılmasına xidmət edəcəyinə əminliklərini bildiriblər.



Digər xəbərlər

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini hazırlayır

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
jpg-1747740299.jpg)
Orban: "Tezliklə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq”.

İlham Əliyevin təqdirəlayiq çıxışı

İLHAM ƏLİYEV: Ermənistan gec-tez şərtlərlə razılaşacaq
