Emin Ağalarov dünya çempionu qızını belə qarşıladı 

17:30 / 20.05.2025 Oxunub: 90

İtaliyanın Peruca şəhərində keçirilən dünya çempionatında yüksək nəticələr əldə edən kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Vətənə qayıdıblar.

Qızların yarışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qızı, Prezident İlham Əliyevin nəvəsi Əminə Əliyeva dünya çempionu olub.

Xalq artisti, iş adamı Emin Ağalarov Əminəni aeroportda qaşılayaraq onu təbrik edib.

Emin duğularını sosial mediada bölüşüb:

“Qürurumuz! Əminə ilk beynəlxalq yarışmasında, yüngül-sanda kateqoriyasında Kung Fu Dünya Çempionatının qalibi oldu. Biz bütün ölkə ilə fəxr edirik”.



Digər xəbərlər

Xəbər lenti

20 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ