Fəzail Ağamalıdan GÖZLƏNİLƏN ADDIM

19:15 / 13.08.2025 Oxunub: 52

Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının bir neçə ay sonra keçiriləcək qurultayında sədr postuna öz namizədliyini irəli sürəcək.

KANAL 20 TV  Modern.az-a istinadən xəbər verir ki, bu barədə yayılan məlumatı partiyanın hazırkı sədri, deputatın atası Fəzail Ağamalı təsdiq edib.

"Bir müddət əvvəl ona jurnalistlərdən biri partiyanın vəziyyəti və digər məsələlərlə bağlı suallar verəndə partiyanın sədrliyinə namizəd olacağını deyib. Bəli, belə olacaq",- F.Ağamalı qeyd edib.

 



Digər xəbərlər

Xəbər lenti

13 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ