Həmkarlar hesabına istirahətin qiyməti açıqlandı

“Ötən ilin noyabr ayına qədər 11 min 45 təşkilata verilən yollayışları idarə etmək çətin idi. 2024–cü ildə 36 mindən çox müraciət qəbul etmişik. 25 mindən çox vətəndaşa yollayışı təhvil vermişik”.
KANAL 20TV Musavat.com-a istinadən xəbər verir ki, bunu AHİK sədrinin müşaviri, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov bu gün keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, yollayışlara imtina verilməsinin müəyyən səbəbləri var:
“2025- ci ilin ilk 7 ayında 31 947 yollayış verilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisə 1,5 dəfə çoxdur. Onu da qeyd edim ki, əgər ötən il 23 istirahət mərkəzi və sanatoriya ilə müqavilə bağlanmışdısa, bu il bu rəqəm 86-a çatdırılıb”.
Elkiyar Ziyadov deyib ki, yollayışın qiyməti əvvəllər 1197 manat idisə, indi bu məbləğ 1011 manata düşüb:
“Bu günə olan məlumata əsasən, 36 418 yollayış təhvil verilib”.



Digər xəbərlər
Xəbər lenti
Ən çox oxunan
