İsrail müstəqilliyinin 77-ci ildönümü - ZİYAFƏT VERİLDİ

08:00 / 09.05.2025
Oxunub: 74
İsrailin Azərbaycandakı səfirliyi yəhudi dövlətinin müstəqilliyinin 77-ci ildönümü şərəfinə ziyafət təşkil edib.
Tədbirdə yüksək vəzifəli şəxslər, dövlət rəsmiləri, diplomatlar, iş adamları və yəhudi icmasının üzvləri iştirak ediblər.
Səfir Corc Dik İsrailin suverenliyə qədər keçdiyi yoldan, Azərbaycanla sülh və tərəqqi, eləcə də qarşılıqlı hörmət əsasında qurulmuş möhkəm dostluqdan danışıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov qonaqlar qarşısında çıxış edərək iki ölkə arasında güclü iqtisadi əməkdaşlığı və ikitərəfli münasibətlərin əsasında duran ümumi dəyərləri vurğulayıb.
Ziyafətdə simli kvartet və tanınmış musiqiçi Fərid Əliyev çıxış edib. Qonaqlar həmçinin İsrail mətbəxinin dadına baxıblar. //Manset.az//



Digər xəbərlər

Zelenski: Hər hansı müharibəni həqiqətən bitirmək üçün ilk addım atəşkəsdir

Azərbaycanın Venesiya Arxitektura Biennalesində debütü

Rəsmilər FƏXRİ XİYABANDA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində ümummilli liderin xatirəsinə həsr olunan silsilə tədbirlər keçirilib

Beş ölkənin lideri Ukraynaya yola düşüb

Kəngərli kəndinin birinci mərhələsinin açılışı
Xəbər lenti
11 May 2025
10 May 2025