Havaya görə dərslər ləğv olunacaqmı? - RƏSMİ AÇIQLAMA

Ümumi və məktəbədəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ənənəvi qaydada davam edəcək.
Manset.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar yaranan xüsusi hallarla bağlı Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər operativ şəkildə qeydiyyata alınır və təhlillər aparılır.
"Qeyd edirik ki, müraciətlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə işçi qrup yaradılıb və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyini təmin etmək məqsədilə müvafiq addımlar atılır. Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir.
Təhsil müəssisələrində uşaqların təhlükəsizliyi daim diqqət mərkəzində saxlanılır. İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə azyaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə, təhlükə ilə üzləşdikdə isə dərhal aidiyyəti xilasetmə qurumlarının çağırış və tövsiyələrinə riayət etmələrini xahiş edirik", deyə məlumatda qeyd edilib
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən isə bildirilib ki, hava şəraiti ilə bağlı ali təhsil müəssisələrində dərslərin təxirə salınması ilə bağlı məlumat yoxdur.
"Hələlik belə məlumatla rastlaşmamışıq", deyə Agentlikdən bildirilib.
Qeyd edək ki, gecədən başlayan yağış ölkə ərazisində subasmalara səbəb olub. Yollarda məhdudiyyətlər tətbiq edilib.



Digər xəbərlər

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Prezident İlham Əliyev Şəhid Rəcai limanında baş vermiş partlayışa görə iranlı həmkarına başsağlığı verib

Vətənə və xalqa olan dərin sevginin təzahürü

Magistratura və rezidentura imtahanları elektron formatda keçiriləcək
