Laçında 26 ailəyə evlərinin açarları verildi - VİDEO
Yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir. Oktyabrın 16-da Laçına növbəti köç prosesi gerçəkləşib. Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınan və Laçına çatan ailələrə evlərinin açarları təqdim olunub.
Kanal 20 TV xəbər verir ki, Laçın şəhəri bu gün 26 ailəyə qucaq açıb və daha 96 laçınlının yurd həsrəti bitib.
Laçına qədəm qoyan ailələrə evlərinin açarlarının təqdim edilməsi mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşı Natiq Hüseynov, Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və “Bakı Abadlıq Xidməti” MMC-nin nümayəndələri də iştirak ediblər.
Ailələr evlərinin açarlarını böyük sevinc hissi ilə təhvil alıblar.
Bununla da Laçın şəhərində 272 ailə, yəni 1052 nəfərin daimi məskunlaşması təmin edilib.


Digər xəbərlər
Ana Qanunumuz:müasir dövrün ən mütərəqqi Konstitusiyası
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib
Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi
Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib - FOTO
44 günlük Vətən müharibəsi – tarixi ədalətin təntənəsi