Zəfər Gününə həsr olunmuş “Zəfərdən doğan günəş” adlı tədbir keçirildi
 

00:40 / 11.11.2026 Oxunub: 278

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Prezidentinin təbriki tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Mərasimdə çıxış edən “Şəhid Ailələrinə Sosial Dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova qonaqları salamlayaraq Zəfər Gününün mənəvi əhəmiyyətindən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söhbət açıb.

​Tədbirdə millət vəkilləri Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Hikmət Babaoğlu, Anar İsgəndərov, AzTU-nun prorektoru Sübhan Namazov, Bakı Dövlət Sirkinin direktoru Nahid Ağayev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin bədii hissəsində müğənnilər Emil Elmanoğlu və Leyla Aslan öz ifaları ilə çıxış ediblər. Əlilliyi olan uşaq və yeniyetmələr – Rəvanə Qafarova, Fatimə Ağamalıyeva, Ziya Əlixanlı və Ramiz Ağayevin ifa etdikləri mahnılar, eləcə də Aytac Həziyevanın təqdim etdiyi rəqs nömrəsi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

​Mənəvi birlik, qəhrəmanlıq və minnətdarlıq bayramı xarakteri daşıyan tədbir xatirə şəkillərinin çəkdirilməsi ilə başa çatıb.



Digər xəbərlər

Xəbər lenti

11 Noyabr 2026
10 Noyabr 2026
09 Noyabr 2026
07 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ