20 balı keçən sürücü nə etməlidir? – HÜQUQİ RƏY
Qanunvericiliyə əsasən, sürücünün cərimə balları 20 balı keçdikdə onun sürücülük hüququnun məhdudlaşdırılması tətbiq olunur. Bu halda sürücü müəyyən müddət – adətən 6 ay – nəqliyyat vasitəsi idarə etmək hüququndan məhrum edilir.
Mütəxəssislər bildirir ki, ən vacib məqam sürücülük vəsiqəsinin təqdim edilməsidir. Sürücü mütləq Dövlət Yol Polisi orqanına müraciət edərək sürücülük vəsiqəsini təhvil verməlidir. Çünki məhdudiyyət müddətinin hesablanması məhz vəsiqə təqdim olunduğu tarixdən başlayır.
Əgər şəxs sürücülük vəsiqəsini özündə saxlayarsa, həmin müddət faktiki olaraq “işləməyəcək”, yəni 6 ay keçmiş hesab olunmayacaq. Bu isə məhdudiyyətin uzanmasına səbəb olur.
Ona görə də, əgər qərarla razısınızsa və məsələ mübahisəli deyilsə, vaxt itirmədən vəsiqəni təqdim etmək tövsiyə olunur. Müddət tamam olduqdan sonra sürücülük hüququ avtomatik olaraq bərpa edilir.
Bu qaydalar qüvvədə olan qanunvericiliyə əsaslanır və sürücülər tərəfindən mütləq nəzərə alınmalıdır./oxu24/.


Digər xəbərlər
Binəqədidə strateji hədəflər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib
Milli Qəhrəman Ehtiram Əliyevin müalicəsi üçün Prezidentə müraciət edilib
41 Şamkənd şəhidinin mərmər xatirəsi
Bakıda Azərbaycan və Belarus qurumları arasında əməkdaşlıq sazişi imzalanıb
Zəngilanın azadlığı- Zəfər tariximizin şanlı səhifəsi
225 saylı tam orta məktəbdə 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü qeyd olunub
Xəbər lenti
Ən çox oxunan