ABŞ Rusiya sərhədinə strateji bombardmançılarını göndərib

10:30 / 13.08.2025 Oxunub: 34

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç "B-1B Lancer" strateji bombardmançı təyyarəsi Norveçdəki Orland aviabazasına çatıb.

KANAL 20 TV Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Müttəfiq Hava Qüvvələri Komandanlığı (AIRCOM) öz saytında məlumat yayıb.

Təyyarələr ABŞ-nin Texas ştatındakı Dyess Hərbi Hava Qüvvələri bazasından havaya qalxıb.

Norveçdə olarkən ABŞ bombardmançıları Norveç "F-35"ləri və NATO-nun digər təyyarələri ilə yanaşı, yüksək təhlükə mühitində təcrübə keçəcək, axtarış, identifikasiya, izləmə və hədəfləmə bacarıqlarını təkmilləşdirəcək, müttəfiqlərin rəhbərlik etdiyi bir sıra missiyalarda iştirak edəcəklər.



Digər xəbərlər

Xəbər lenti

12 Avqust 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ