Vaşinqton Bakı və İrəvanla razılaşmalardan yeni biznes perspektivləri gözləyir

Azərbaycan və Ermənistanın ABŞ ilə imzaladığı ikitərəfli iqtisadi sazişlər Amerika xalqı və biznesləri üçün yeni imkanlar açacaq.
Bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Temmi Bryus brifinqdə bildirib.
“Liderlər (Azərbaycan və Ermənistan - red.) Cənubi Qafqazın ticarət, tranzit, enerji, infrastruktur və texnologiya sahələrində əhəmiyyətli potensialını açıb, həmçinin amerikalılar və Amerika şirkətləri üçün yeni imkanlar yaradaraq ABŞ ilə ikitərəfli iqtisadi sazişlər imzalayıblar.
Bryus qeyd edib ki, Ermənistanla Azərbaycan arasında imzalanan sənəd “Prezident Trampın həqiqətən də dünyanın prezidentidir” olduğunu təsdiqləyib.
“Prezident Tramp sübut etməyə davam edir ki, bütün dünya xalqları uzun müddətdir davam edən münaqişələrin öhdəsindən gələ bilər və sülh, firavanlıq və uğurun birgə gələcəyinə doğru irəliləyə bilər”, - o əlavə edib.
Xatırladaq ki, avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə imzalayıblar.
Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesinin bağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişə üzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. Onlar Azərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlər nazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini (ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minsk konfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə) imzalayıblar.//Trend.az//



Digər xəbərlər

Tramp Zelenski ilə distant formada görüşəcək

ABŞ Rusiya sərhədinə strateji bombardmançılarını göndərib

ABŞ-dən Zəngəzur dəhlizi ilə bağlı Rusiya və İrana XƏBƏRDARLIQ

Netanyahu İran xalqına müraciət edib

KİV “Avropa üçlüyü” İrana sanksiyaların bərpası üçün BMT-yə müraciət edib
