Almaniyada havanın temperaturu üzrə yeni rekord qeydə alınıb
 

17:22 / 28.06.2026 Oxunub: 549

 

Almaniyada davam edən isti hava dalğası fonunda gecə temperaturu üzrə yeni rekord qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya əyalətinin Bautsen rayonundakı Kubşüts yaşayış məntəqəsində ötən gecə havanın temperaturu 29,4 dərəcə təşkil edib. Bununla da 2003-cü ilin avqustunda Reynland-Pfalts əyalətinin Vaynbit bölgəsində qeydə alınmış 27,2 dərəcəlik əvvəlki rekord yenilənib. DWD gecə qeydə alınan rekord göstəricinin bölgənin orta dağlıq relyefi və cənub küləklərinin yaratdığı təsirlərlə əlaqəli olduğunu açıqlayıb.

Ölkədə gündüz temperaturu üzrə də rekordlar yenilənməkdə davam edir. Ötən gün Saksoniya-Anhalt əyalətinin Yerixover Land rayonundakı Drevits meteoroloji stansiyasında 41,5 dərəcə qeydə alınıb ki, bu da Almaniya tarixində indiyədək müşahidə olunan ən yüksək hava temperaturudur.

Meteoroloqlar isti hava şəraitinin bazar günü də davam edəcəyini, bazar ertəsindən etibarən isə havanın tədricən sərinləşəcəyini və əksər bölgələrdə 30 dərəcədən aşağı düşəcəyini proqnozlaşdırırlar.



Digər xəbərlər

Xəbər lenti

26 Iyul 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ