“Forbes”: Huanqın sərvəti “Nvidia”ya qayıtdıqdan sonra 34 milyard dollar artıb
 

09:05 / 24.11.2026 Oxunub: 20

 

“Nvidia” şirkətinin təsisçisi Censen Huanqın xalis sərvəti baş direktor vəzifəsinə qayıtdıqdan sonra bir gündən az müddətdə təxminən 34 milyard dollar artaraq 144 milyard dollara yaxınlaşıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, Huanqın sərvətinin 30 faizdən çox artması “Nvidia” səhmlərinin qiymətinin kəskin yüksəlməsi ilə əlaqədardır. Hazırda o, “Forbes”in dünyanın ən varlı şəxsləri siyahısında 13-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 23-də “Nvidia” şirkəti direktorlar şurasının yekdil qərarı ilə Censen Huanqın baş direktor və prezident vəzifələrinə qaytarıldığını açıqlayıb.



Digər xəbərlər

Xəbər lenti

23 Noyabr 2026
22 Noyabr 2026
21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ