NATO Polşaya AWACS radar təyyarəsi yerləşdirib
08:53 / 24.11.2026
Oxunub: 17
NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AWACS hava-desant erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib.
AZƏRTAC xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Alison Hartın Alyansın mətbuat xidməti tərəfindən yayılan bəyanatında bildirilib.
Qeyd olunub ki, Şimali Atlantika Şurasının iclasında NATO ölkələrinin səfirləri ötən həftə Polşanın hava məkanının pozulması hadisəsini müzakirə ediblər. Alyans hadisəyə görə Rusiyanı məsul tutub.
Bəyanatda bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı AWACS təyyarəsinin Polşada yerləşdirilməsi barədə göstəriş verib.


Digər xəbərlər
“Forbes”: Huanqın sərvəti “Nvidia”ya qayıtdıqdan sonra 34 milyard dollar artıb
Türkiyə Prezidenti: Müdafiə sənayesində daha çox nailiyyətlər əldə etməliyik
Çin və Rusiya liderlərinin görüşü keçirilib
İran ordusu Küveytdəki aviabazada ABŞ hərbi obyektlərini hədəfə alıb
Rusiyada An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində 17 nəfər həlak olub
Rubio: ABŞ Tramp və Kim Çen In arasında görüşü nəzərdən keçirir
Xəbər lenti
23 Noyabr 2026
22 Noyabr 2026
21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026