Azərbaycanlı voleybolçu: Rəqib Türkiyə yox, başqa komanda olsaydı, bir neçə mərhələ keçə bilərdik
 

13:07 / 07.09.2026 Oxunub: 186

 

Avropa çempionatının ölkəmizdə keçirilməsi Azərbaycan və voleybolumuz adına çox sevindirici və qürurverici hal idi.

Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının liberosu Bəyaz Quluyeva Bakının da ev sahibliyi etdiyi Avropa çempionatı barədə danışarkən deyib.

O bildirib ki, Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarında doğma meydan amili və azarkeşlərin dəstəyi komandanın uğurlu çıxışında mühüm rol oynayıb: “Turnirdə iştirakımızı dəyərləndirsək, fikrimcə, Bakıda azarkeşlərimizin tam dəstəyi və inamı sayəsində uğurlu çıxış edərək adımızı Avropanın ən güclü 16 komandası sırasına yazdıra bildik. Qarşımıza qoyulan ilk məqsəd qrupdan çıxmaq idi və bunu bacardıq. Təəssüf ki, 1/8 final mərhələsində mübarizəni dayandırdıq”.

Voleybolçunun sözlərinə görə, 1/8 finalda rəqib Türkiyə yox, başqa komanda olsaydı, daha bir neçə mərhələ keçmək olardı: “Türkiyə ikiqat Avropa çempionu və Millətlər Liqasının qalibidir. Ümid edirəm ki, qarşıdakı yarışlarda milli komanda ölkəmiz adına daha uğurlu nəticələr əldə edəcək”.



Digər xəbərlər

Xəbər lenti

07 Sentyabr 2026
03 Sentyabr 2026
31 Avqust 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ