Raul Kastronun nəvəsi ABŞ-nin sanksiya siyahısına daxil edilib
 

23:37 / 03.09.2026 Oxunub: 1483

 

Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Fidel Ernesto Kastro Kalis ABŞ-nin sanksiya siyahısına daxil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio “X” sosial şəbəkəsində paylaşım edib. Bununla yanaşı, Kastro ailəsi ilə əlaqəli olduğu bildirilən “Banco Exterior de Cuba” (Kuba Xarici Bankı) və daha dörd quruma qarşı sanksiyalar tətbiq olunub.

“Prezident Tramp və mən Kubanın azad olacağına dair öhdəliyimizə sadiqik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Raul Kastro 2008–2018-ci illərdə Kubanın prezidenti olub. O, 1959-cu il Kuba inqilabının liderlərindən biri və Kubaya uzun illər rəhbərlik etmiş Fidel Kastronun kiçik qardaşıdır.



Digər xəbərlər

Xəbər lenti

22 Oktyabr 2026
20 Oktyabr 2026
18 Oktyabr 2026
17 Oktyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ