QOLAT Sport Service idman tədbirlərinin təşkili və idman geyimlərinin hazırlanması ilə bağlı xidmətlər təqdim edir
Idman sahəsində fəaliyyət göstərən QOLAT Sport Service müxtəlif formatlı idman tədbirlərinin təşkili, komanda formalarının hazırlanması və korporativ idman geyimlərinin dizaynı istiqamətində xidmətlər göstərir.
Şirkətin fəaliyyət istiqamətlərinə korporativ və şirkətdaxili turnirlərin, universitet və tələbə yarışlarının, uşaq turnirlərinin, eləcə də futbol, minifutbol, voleybol, basketbol, stolüstü tennis, badminton, şahmat və digər idman növləri üzrə yarışların təşkili daxildir.
QOLAT Sport Service tərəfindən idman kamplarının təşkili də həyata keçirilir. Şirkətin son layihələrindən biri Villarreal CF Camp Baku olub. Üç gün davam edən düşərgədə gənc futbolçular Villarreal CF məşqçilərinin rəhbərliyi ilə peşəkar hazırlıq keçib və bacarıqlarını nümayiş etdiriblər. Düşərgənin qalibi Əli Hüseynli olub.
Şirkət eyni zamanda tədbirlərin açılış, final və mükafatlandırma mərasimlərini təşkil edir, foto-video çəkiliş və media dəstəyi göstərir.
QOLAT Sport Service-in digər fəaliyyət istiqaməti isə futbol və müxtəlif komanda formalarının hazırlanmasıdır. Şirkətlər üçün korporativ idman geyimləri hazırlanır, xüsusi dizayn, loqo, ad və oyunçu nömrələrinin tətbiqi həyata keçirilir.


Digər xəbərlər
Messi MLS-də unikal rekorda imza atıb
Azərbaycanlı voleybolçu: Rəqib Türkiyə yox, başqa komanda olsaydı, bir neçə mərhələ keçə bilərdik
Mahir Emreli Polşa klubunda vurduğu qolların sayını 6-ya çatdırıb
Premyer Liqa: “Neftçi” 3 xalı darmadağınla qazanıb
“Neftçi” Azərbaycan Premyer Liqasındakı uğursuz start seriyasına son qoyub