Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
Hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar hava şəraiti müşahidə olunur. Belə hava şəraitinin bazar günü də davam edəcəyi gözlənilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) isti havalarda istirahət və sərinləmək məqsədilə su hövzələrinə üz tutan vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, xüsusilə həftəsonları bəzi vətəndaşların təhlükəsizlik tələblərinə riayət etməməsi suda boğulma halları ilə nəticələnə bilər.
Qeyd olunub ki, çimərlik kimi nəzərdə tutulmayan ərazilərdə, o cümlədən kanal, çay, arx və digər su hövzələrində çimmək qadağandır. Həmçinin çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək, xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq yolverilməzdir.
FHN uşaqların çimərlikdə nəzarətsiz buraxılmamasını, xəbərdaredici nişan və lövhələrin tələblərinə, eləcə də xilasedicilərin çağırış və göstərişlərinə əməl olunmasını tövsiyə edir.
Qızmar günəş altında uzun müddət fasiləsiz qalmaq və hava qaraldıqdan sonra suya daxil olmaq da təhlükəlidir.


Digər xəbərlər
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb
Lənkəran-Astara zonasında qısamüddətli leysan olub – FAKTİKİ HAVA
Azərbaycanın aerobika gimnastları dünya çempionatında gümüş medal qazanıblar
Tələbə qəbulu imtahanında Binəqədi rayonu üzrə yüksək nəticə göstərən gənclərlə görüş keçirilib
Ötən gün 71 cinayətin açılması təmin olunub
Xocalıda mina partlayıb, ANAMA-nın əməkdaşı xəsarət alıb
Xəbər lenti
Ən çox oxunan
Ceyhun Bayramov: COP29 və COP31 sədrliyi arasında əməkdaşlıq regional həmrəyliyin bariz nümunəsidir