Mikayıl Cabbarov: "Süni intellekt sayəsində karbamid zavodunda istehsal artıb"

10:06 / 08.08.2026 Oxunub: 1296

Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR Karbamid" zavodu qabaqcıl texnologiyalar və yerli mütəxəssislərin peşəkarlığı sayəsində uğurlu rəqəmsal transformasiya nümunəsi kimi qiymətləndirilir.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazirin sözlərinə görə, 2023-cü ildə SOCAR ABŞ-nin "McKinsey" şirkəti ilə strateji tərəfdaşlığı çərçivəsində başlanılan və iki il yarım davam edən "SOCAR Karbamid" zavodunda rəqəmsal transformasiya süni intellektin, rəqəmsal platformaların və innovativ texnoloji həllərin əməliyyatların modernləşdirilməsində yaratdığı böyük potensialı nümayiş etdirir.

O bildirib ki, "EnergyAI" platforması, proqnozlaşdırıcı texniki xidmət və müəssisənin ehtiyaclarına uyğunlaşdırılmış rəqəmsal həllər, eyni zamanda SOCAR Rəqəmsal Akademiyası vasitəsilə kadr potensialının gücləndirilməsi nəticəsində istehsal həcmi artıb: "Enerji səmərəliliyi, eləcə də əməliyyatların etibarlılığı yüksəldilib, həmçinin yerli mütəxəssislərin peşəkar inkişafına dəstək verilib. Bu transformasiyanın "McKinsey" şirkətinin rəsmi internet səhifəsində yer alması bir daha onun qlobal əhəmiyyətini göstərir".

M. Cabbarovun fikrincə, bu təşəbbüs SOCAR-ın rəqəmsal transformasiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərə əsaslanır: "Şirkətin Dünya İqtisadi Forumunun (World Economic Forum) "Digital Lighthouse" statusuna üç dəfə layiq görülməsi onu sənaye sahəsində rəqəmsal innovasiyalar üzrə seçilən qlobal liderlər sırasında qərarlaşdıran əhəmiyyətli göstəricidir. "SOCAR karbamid"də qazanılmış təcrübə isə SOCAR-ın digər fəaliyyət istiqamətlərinin, eləcə də Azərbaycanın sənaye sektorunun rəqəmsal transformasiyası üçün daha geniş miqyasda tətbiq edilə bilən uğurlu model təqdim edir".



Digər xəbərlər

Xəbər lenti

13 Sentyabr 2026
12 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
09 Sentyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ