Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır
 

18:33 / 08.08.2026 Oxunub: 2013

 

Rusiya və Pakistan iki ölkə arasında ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsi üzərində iş aparırlar.

AZƏRTAC xəbər verir ki, bunu Rusiyanın Pakistandakı səfiri Albert Xorev bildirib.

Onun sözlərinə görə, yükdaşımaların Moskva-Feysəlabad və Moskva-Kəraçi marşrutları üzrə hər iki istiqamətdə həyata keçirilməsi planlaşdırılır. Bundan əlavə, Belarusun da layihəyə qoşulması imkanları nəzərdən keçirilir.

Diplomat qeyd edib ki, 2025-ci ildə və 2026-cı ilin əvvəlində regionda geosiyasi gərginliyin artması fonunda layihənin həyata keçirilməsi dəfələrlə təxirə salınıb.

Hazırda tərəflər xidmətlərin göstərilməsi ilə bağlı müqavilə üzərində işi yekunlaşdırır, həmçinin qatarın nəzərdə tutulan hərəkət marşrutu üzərində yerləşən ölkələrdən yükdaşımaların həyata keçirilməsində maraqlı olan şirkətlərin seçilməsi ilə məşğuldurlar.



Digər xəbərlər

Xəbər lenti

13 Sentyabr 2026
12 Sentyabr 2026
11 Sentyabr 2026
10 Sentyabr 2026
09 Sentyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ