DÇ-2026: Ronaldu Matteusa çatıb, Bellinqem siyahıda irəliləyib
Futbol üzrə dünya çempionatının (DÇ) qrup mərhələsində keçirilən son oyunlardan sonra bir sıra maraqlı statistik göstəricilər qeydə alınıb.
AZƏRTAC FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem 23 yaşınadək dünya çempionatlarında keçirdiyi oyunların sayını 8-ə çatdıraraq bu göstəricidə Şimali İrlandiyanın sabiq futbolçusu Norman Uaytsaydla birlikdə ikinci pilləyə yüksəlib. Siyahıya 9 oyunla İngiltərə yığmasının keçmiş hücumçusu Maykl Ouen başçılıq edir.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu isə dünya çempionatları tarixində keçirdiyi oyunların sayını 25-ə çatdırıb. O, bu göstəricidə Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteusla birlikdə ikinci yeri bölüşür.
Argentina yığmasının yarımmüdafiəçisi Covani Lo Çelso milli komandada vurduğu qolların sayını 5-ə yüksəldib. Onun bu qollarından 4-ü ABŞ-də keçirilən matçlarda qeydə alınıb. Maraqlıdır ki, futbolçu həmin qolların hər birini fərqli şəhərdə – Los-Anceles, Filadelfiya, Mayami və Dallasda vurub.
Əlcəzair millisinin futbolçusu Riyad Mahrez isə dünya çempionatı tarixində bir oyunda dubl edən ikinci əlcəzairli kimi tarixə düşüb. Buna qədər bu uğura yalnız Salah Əsəd 1982-ci ildə Çili yığmasına qarşı keçirilən görüşdə imza atmışdı.
Qeyd edək ki, dünya çempionatı iyulun 19-da başa çatacaq.


Digər xəbərlər
UEFA reytinqi: Azərbaycan və Gürcüstan həftənin ən çox əmsal qazanan ölkələri olub
Azərbaycanı stolüstü tennis üzrə Avropa çempionatında 10 idmançı təmsil edəcək
Dünya çempionatında 1/4 final mərhələsinə start verilir
DÇ-2026-da erkən final: Portuqaliya millisi İspaniyaya qarşı
Neymar Braziliya millisini bombardir kimi tərk edib
AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, yeni Texniki Direktor təqdim olunub
Xəbər lenti
Ən çox oxunan