İndoneziyada 5,9 bal gücündə zəlzələ qeydə alınıb
 

09:48 / 18.11.2026 Oxunub: 477

 

İndoneziyanın Flores bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Geologiya Elmləri Tədqiqat Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 04:41-də baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə, 8,33 dərəcə cənub en dairəsi və 120,64 dərəcə şərq uzunluğu koordinatlarında yerləşib.

Dağıntı və tələfat barədə açıqlama verilməyib.



Digər xəbərlər

Xəbər lenti

21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026
17 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ