Hörmüz boğazı yaxınlığında 24 saat ərzində dördüncü tanker minaya düşüb
 

15:44 / 17.11.2026 Oxunub: 528

 

Hörmüz boğazı yaxınlığında son 24 saat ərzində dördüncü tanker minaya düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb. Bildirilib ki, tanker bazar ertəsi günü boğazın şərqində İran tərəfindən icazə verilməyən marşrutla hərəkət edərkən hərbi minaya düşüb. Hadisə nəticəsində gəmidə yanğın baş verib və ona ciddi ziyan dəyib.

İran Hərbi Dəniz Qüvvələri təhlükəsiz keçidin təmin olunması üçün dənizçilik qaydalarına əməl edilməsinin və İranın silahlı qüvvələri ilə koordinasiyanın vacibliyini vurğulayıb.



Digər xəbərlər

Xəbər lenti

21 Noyabr 2026
20 Noyabr 2026
19 Noyabr 2026
18 Noyabr 2026
17 Noyabr 2026

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ