Azərbaycan klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını keçirəcəklər
Bu gün Azərbaycanın üç basketbol klubu FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyunlarına çıxacaq.
AZƏRTAC xəbər verir ki, “LANDAU Lions” G qrupunun VII turunda Slovakiyanın “Prievidza” komandası ilə üz-üzə gələcək. Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Erhan Tokerin rəhbərlik etdiyi kollektiv əvvəlki altı matçda bir qələbə qazanıb. “LANDAU Lions” 7 xalla qrupda sonuncu – 6-cı yerdədir.
Digər təmsilçimiz “Gəncə” komandası C qrupunun VII turunda Yunanıstanda “Kolossos” klubunun qonağı olacaq. Faliraki şəhərindəki “Kalliteya” idman zalında keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Murat Dikmenin baş məşqçisi olduğu komanda əvvəlki 6 oyunda cəmi bir qələbə qazanıb və 6 xalla qrupda sonuncu – 6-cı pillədə qərarlaşıb.
“Neftçi” basketbol komandası da bu gün meydana çıxacaq. “Ağ-qaralar” H qrupunun VII turu çərçivəsində Latviyada “Riqa” klubunun qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
İlk 6 qarşılaşmada bir qələbə qazanan “Neftçi” 7 xalla qrupda sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər
Azərbaycan millisi Andorraya qalib gəlib, Emin Mahmudov yığmadakı karyerasını bitirib
Çempionlar Liqası: "Turan" voleybol komandası qrup mərhələsinə yüksəlib
Çempionlar Liqası: "Sabah" "Trabzonspor"u məğlub edib
Konor Makqreqor UFC-dəki növbəti döyüşünün sonuncu olacağını açıqlayıb
Elməddin Məmmədovdan beynəlxalq uğur: Beş şəhərdə 210 kilometr qaçış!
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Xəbər lenti
Ən çox oxunan