Dünyanın nəzəri Hörmüzdə: ABŞ naziri hansı dövləti köməyə çağırdı?
ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib ki, Çin Hörmüz boğazının yenidən açılması məqsədilə Birləşmiş Ştatların həyata keçirdiyi əməliyyata dəstək verməlidir.
yenises.Az xəbər verir ki, nazirin bu bəyanatı "Clash Report" nəşri tərəfindən "X" sosial şəbəkəsində paylaşılıb.
"Mən Çin hökumətini bu beynəlxalq əməliyyatın dəstəklənməsində bizimlə birgə addım atmağa səsləyirəm", - deyə nazir vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ ordusuna Hörmüz boğazında gəmilərə təhlükə yarandığı halda İranın raket mövqelərinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus katerlərə zərbələr endirmək barədə yeni səlahiyyət verilib.
Bundan öncə isə rəsmi Tehran İran Hərbi Dəniz Qüvvələrinin İsrail və ABŞ hərbi gəmilərinin Hörmüz boğazından keçməsinin qarşısını müvəffəqiyyətlə aldığını elan etmişdi.


Digər xəbərlər
Türkiyənin Malatya vilayətində 5,6 bal gücündə zəlzələ olub
Bəzi rayonlarda yağıntılı və küləkli hava müşahidə edilir – FAKTİKİ HAVA
ABŞ Avropadakı döyüş briqadalarının sayını azaldıb
ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib
Si Cinpin Rusiya Prezidenti ilə görüşüb
Türkiyənin hakim partiyası Aİ-nin “qlobal güc”ə çevrilməsi üçün şərti açıqlayıb
Xəbər lenti
Ən çox oxunan
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO