İngiltərə Premyer Liqası: "Çelsi" doğma meydanda "Nottingem Forest"ə məğlub oldu
İngiltərə Premyer Liqasının 35-ci turu çərçivəsində "Çelsi" öz meydanında "Nottingem Forest"i qəbul edib.
Yenises.Az xəbər verir ki, Londondakı "Stemford Bric" stadionunda keçirilən görüş qonaqların 1:3 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı oyunun 2-ci dəqiqəsində Tayvo Avoniyi açıb. 15-ci dəqiqədə İqor Jezus penalti zərbəsini dəqiq yerinə yetirərək fərqi artırıb. İlk hissənin sonuna əlavə olunmuş 10-cu dəqiqədə (45+10) "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer penaltidən yararlana bilməyib. 52-ci dəqiqədə isə Avoniyi dublunu rəsmiləşdirib.
Qarşılaşmanın 73-cü dəqiqəsində Joao Pedrunun vurduğu qol VAR sistemindəki baxışdan sonra ləğv edilib. Lakin 90+3-cü dəqiqədə Pedru fərqi azalda bilib.
Bu nəticədən sonra "Çelsi" 48 xalla 9-cu pilləyə enib. "Nottingem Forest" isə 42 xal toplayaraq 16-cı yerdə qərarlaşıb.


Digər xəbərlər
Qurban Qurbanov: Qarşıdakı ildə ən döyüşkən, ən mübariz, ən cəsarətli biz olacağıq
"Sabah" basketbol klubu baş məşqçisi Rimas Kurtinaytislə yollarını ayırıb
Azərbaycan “Vindzor Kral Atçılıq Şousu - 2026”da təmsil olunur
Joze Mourinyonun “Real Madrid”lə imzalayacağı müqavilənin bəzi detalları açıqlanıb
Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının mükafat fondu 50 min avrodan çoxdur
"Neftçi" klubunun şikayəti rədd edildi
Xəbər lenti
Ən çox oxunan
“Əngəlsiz Sabahlar” inklüziv təhsil və sosial inkişaf seminarı keçirildi - FOTO