Əməkdar artist xəstəxanaya düşdü

20:30 / 18.04.2025 Oxunub: 965

Əməkdar artist, tanınmış aktyor Vahid Əliyev ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. 

KANAL 20 TV  Lent.az-a istinadən xəbər verir ki, bu barədə onun oğlu məlumat verib. Artıq 10 gündür ki, "Kəpəz" hospitalında müalicə alan sənətkarın vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.

Yaxınlarının verdiyi məlumata görə, Vahid Əliyevin səhhəti həkim nəzarəti altındadır və müalicə prosesi davam edir

Qeyd edək ki, Vahid Əliyev 2023-cü ilin yanvarında ağır ürək əməliyyatı keçirib.
 



Digər xəbərlər

Xəbər lenti

16 May 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ