Qubada Birinci Qarabağ müharibəsinin şəhidi Elşən Ərzumanov dəfn edilib

16:45 / 16.05.2025 Oxunub: 730

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovla Quba rayonunda keçirilən vida mərasimi başa çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, E.Ərzumanovun nəşi Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, rayonun vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

13:01

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Elşən İsaməddin oğlu Ərzumanovun meyitinin qalıqları Quba rayonuna gətirilib.

“Report”un Şimal bürosunun məlumatına görə, şəhidin nəşi Quba şəhərində ailəsinə təhvil verilib.

Şəhidlə vida mərasimi keçirilib.

Qeyd edək ki, Elşən İsaməddin oğlu Ərzumanov 1974-cü il martın 23-də Qubada anadan olub. O, 1993-cü il aprelin 5-də Kəlbəcər rayonu Murovdağ istiqamətində itkin düşüb.

E.Ərzumanov Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.



Digər xəbərlər

Xəbər lenti

04 Iyun 2025
03 Iyun 2025
02 Iyun 2025

Ən çox oxunan

Hadisə

MÜSAHİBƏ