“Eurovision 2025”də ikinci yarımfinalın qalibləri açıqlandı – Ermənistan... - FOTO
jpeg-1747389802.jpeg)
Mayın 16-da “Eurovision 2025” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsi baş tutub. Bu mərhələdə 16 ölkənin təmsilçiləri öz çıxışlarını təqdim ediblər. Gərgin mübarizədən sonra finala vəsiqə qazanan 10 ölkənin adı açıqlanıb.
İkinci yarımfinalda Avstraliya, Çernoqoriya, İrlandiya, Latviya, Ermənistan, Avstriya, Yunanıstan, Litva, Malta, Gürcüstan, Danimarka, Çexiya, Lüksemburq, İsrail, Serbiya və Finlandiya iştirak edirdi.
Finala vəsiqə qazanan 10 ölkə bunlardır:
• Litva
• İsrail
• Ermənistan
• Danimarka
• Avstriya
• Lüksemburq
• Finlandiya
• Latviya
• Malta
• Yunanıstan
Qeyd edək ki, Böyük Britaniya, Fransa və Almaniya müsabiqənin daimi maliyyə sponsorları olduqları üçün birbaşa final mərhələsinə keçiblər və ikinci yarımfinalda da səhnə alıblar.
Xatırladaq ki, birinci yarımfinal mərhələsi 13 may tarixində baş tutmuşdu. Həmin mərhələdə isə aşağıdakı ölkələr finala vəsiqə qazanmışdı:
Ukrayna, Norveç, Albaniya, İsveç, İslandiya, Niderland, Polşa, San-Marino, Estoniya və Portuqaliya.
Ukraynanı builki müsabiqədə Ziferblat qrupu təmsil edir. Onlar “Bird of Pray” adlı mahnı ilə çıxış ediblər və emosional performansları ilə seçiliblər.
“Eurovision 2025” müsabiqəsinin böyük finalı yaxın günlərdə keçiriləcək və qalibin adı elan olunacaq.
Musavat.com



Digər xəbərlər

NATO ölkələri xərcləri artırmaq və kollektiv müdafiəni gücləndirmək öhdəliyi götürür

İran hava məkanının bağlı qalma müddətini uzadıb

Ağ ev: ABŞ kəşfiyyatı İranın nüvə obyektlərindən uranı çıxara bildiyinə dair məlumatlara malik deyil

Türkiyədə meşə yanğınları davam edir

Britaniya ABŞ-dan nüvə silahı daşıya bilən 12 ədəd F-35A qırıcısı alacaq

Səudiyyə Ərəbistanı İranın Qətər dövlətinə hücumunu qəti şəkildə pisləyib
Xəbər lenti
Ən çox oxunan
