FIFA klublararası dünya çempionatında azarkeşlərə pulsuz biletlər paylayıb

FIFA ABŞ-ın ev sahibliyi etdiyi klublararası dünya çempionatının oyunları üçün azarkeşlərə əlavə ödənişsiz biletlər verib.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, qurum mundialın 1/4 final mərhələsində əlverişsiz hava şəraitinə görə 4 saatdan çox davam edən “Benfika” (Portuqaliya) - “Çelsi” (İngiltərə) matçını izləyən azarkeşlərin hər birinə eyni stadionda keçirilən “İnter” (İtaliya) - “Fluminense” (Braziliya) matçı üçün dörd pulsuz bilet verib.
Bundan əlavə, PSJ (Fransa) - "İnter Mayami" (ABŞ) görüşünə gələnlərə iki ədəd pulsuz bilet təklif olunub. Onlar “Borussiya Dortmund” (Almaniya) – “Monterrey” (Meksika) oyununu ödəniş etmədən izləyə biliblər.
Qeyd edək ki, turnirin 1/4 final mərhələsində Almaniya təmsilçilərindən “Borussiya Dortmund” İspaniyanın “Real Madrid”, "Bavariya" Fransanın PSJ komandası ilə üz-üzə gələcək.
Braziliya klublarından isə "Fluminense" Səudiyyə Ərəbistanının "Əl-Hilal", "Palmeyras" İngiltərənin "Çelsi" kollektivi ilə qarşılaşacaq



Digər xəbərlər

“Liverpul”un futbolçusu avtomobil qəzasında həlak olub

Lionel Messi unikal göstəriciyə imza atıb

Üçqat dünya çempionu və olimpiya mükafatçısı 2026-cı ildə karyerasını bitirəcək

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazanıb
jpeg-1749470601.jpeg)
UEFA Millətlər Liqası finalının ən yaxşı oyunçusu bəlli oldu
