Hansı rayonda ehsan süfrəsi LƏĞV EDİLDİ?

18:00 / 30.08.2025 Oxunub: 4214

Qubadan sonra Qusar rayonunda da dəbdəbəli ehsan süfrələrinin məhdudlaşdırılmasına başlanılıb.

KANAL 20 TV Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə Qusar şəhərindəki Mustafa Kasdal məscidinin imamı, Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryəddin Rəhimxanov məlumat verib.

Onun sözlərinə görə, ötən gün rayonda dini icma rəhbərlərinin, rayon veteranlar şurası sədrinin, yerli din xadimlərinin iştirakı ilə iclas keçirilib. İclasda yas sahiblərinə dəbdəbəli ehsan süfrələrini sadələşdirilmiş çay süfrələri ilə əvəzləmələrinin tövsiyə olunması qərara alınıb.
Bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmasına start verilib.



Digər xəbərlər

Xəbər lenti

04 Mart 2026
03 Mart 2026
02 Mart 2026
01 Mart 2026
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026

Ən çox oxunan

Hadisə

Müsahibə