"Formula-1" yarışlarına görə məktəblər gec başlayacaq? - RƏSMİ

16:00 / 30.08.2025 Oxunub: 3346

"Formula -1" yarışları ilə əlaqədar məktəblərin daha gec - sentyabrın 21-dən sonra başlayacağı ilə bağlı fikirlər dolaşır.

Bəs görəsən, bu iddialar nə dərəcədə həqiqəti əks etdirir? Yeni tədris ili nə zamandan başlayacaq?

Bu barədə Elm və Təhsil Nazirliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-26-cı tədris ilinin başlamasına təsadüf edən "Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar tədris prosesinin başlama tarixinin dəyişdirilməsinə dair yayılmış məlumat həqiqəti əks etdirmir:

"Aidiyyəti məsələlərlə bağlı yalnız rəsmi mənbələrə istinad edilməsi xahiş olunur. Əlavə olaraq bildiririk ki, yarışların keçiriləcəyi ərazilərdə yerləşən təhsil müəssisələri ilə bağlı "Formula-1" Azərbaycan Qran-prisi dövründə müəyyən məhdudiyyətlərin tətbiqinə dair qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək".



Digər xəbərlər

Xəbər lenti

16 Aprel 2026
15 Aprel 2026
14 Aprel 2026
10 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026

Ən çox oxunan

Hadisə

Müsahibə