İngiltərə Bankının rəhbəri: Aİ ilə əlaqələrin gücləndirilməsi Britaniya iqtisadiyyatının inkişafına təkan verə bilər
Böyük Britaniyanın Avropa İttifaqı (Aİ) ilə daha sıx iqtisadi əlaqələr qurması ölkədə iqtisadi artımı sürətləndirə bilər.
AZƏRTAC xəbər verir ki, bunu İngiltərə Bankının rəhbəri Endryu Beyli BBC-yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Britaniyanın ən yaxın ticarət tərəfdaşları ilə mal və xidmət mübadiləsinin asanlaşdırılması iqtisadiyyat üçün müsbət nəticələr verə bilər.
Beylinin açıqlaması Baş nazir Endi Börnhemin Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılması təşəbbüsü fonunda səsləndirilib. Baş nazir Aİ ilə daha yaxın əməkdaşlıqdan tutmuş ölkənin yenidən ittifaqa üzv olmasına qədər müxtəlif variantların nəzərdən keçirilməsini təklif edib.
İngiltərə Bankının rəhbəri vurğulayıb ki, dövlət rəsmisi kimi uzun illərdir “Brexit” məsələsində siyasi mövqe bildirməkdən çəkinir. Bununla belə, o, Avropa ölkələri ilə ticarət maneələrinin azaldılmasının iqtisadi artıma müsbət təsir göstərə biləcəyini qeyd edib.
Açıqlama İngiltərə Bankının üç ildən artıq müddətdə ilk dəfə uçot dərəcəsini artırmasından sonra verilib. Bank inflyasiyanın yüksəlməsinin qarşısını almaq məqsədilə faiz dərəcələrini artırıb. Beyli xəbərdarlıq edib ki, İranda müharibənin davam etməsi əlavə faiz artımlarını zəruri edə bilər. Maliyyə naziri Con Hili isə münaqişənin Britaniya ailələrinin maliyyə vəziyyətinə ciddi təsir göstərdiyini bildirib.


Digər xəbərlər
Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib
Andrey Sibiqa: Ukrayna Rusiyaya atəşkəslə bağlı təkliflərini çatdırıb
ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib
Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik
Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib