Oryol və Saratova hava hücumları nəticəsində müəssisələrə və yaşayış binalarına ziyan dəyib
Rusiyanın Oryol və Saratov vilayətlərində gecə saatlarında edilən hava hücumları nəticəsində sənaye və anbar obyektlərinə, eləcə də yaşayış binalarına ziyan dəyib.
AZƏRTAC xəbər verir ki, Oryol vilayətinin qubernatoru Andrey Klıçkovun məlumatına görə, gecə ərzində bölgə üzərində üç raket və iki dron məhv edilib.
O əlavə edib ki, hücum nəticəsində Oryol vilayətindəki ticarət müəssisələrinin anbarlarına və sənaye obyektlərinə, eləcə də bölgənin digər rayonlarında yerləşən üç fərdi evə qismən ziyan dəyib.
Baş verən yanğın söndürülüb. İlkin məlumatlara görə, itki yoxdur.
Saratov vilayətinin qubernatoru Roman Busarqin bildirib ki, bu vilayətdə dron hücumu nəticəsində bir neçə yaşayış binasına ziyan dəyib; itki yoxdur.
Zədələnmiş binaların sakinlərinə kömək göstərmək üçün Saratovdakı Zavodskoy rayonu administrasiyasında təcili yardım mərkəzi yaradılıb. Vətəndaş sorğuları üçün qaynar xətt də fəaliyyət göstərir.


Digər xəbərlər
Cim Cordan Nümayəndələr Palatasında respublikaçıların yeni lideri seçilib
Andrey Sibiqa: Ukrayna Rusiyaya atəşkəslə bağlı təkliflərini çatdırıb
ABŞ hərbi təyyarələri Böyük Britaniyadakı ikinci aviabazanı da tərk edib
Ərdoğan: Türkmənistanın TDT “Ailə məclisinə” üzv olacağına ümid edirik
Fransa Polineziyası Assambleyası təbii sərvətlər üzərində suverenliyi nəzərdə tutan qətnaməni yekdilliklə qəbul edib